Fəxr etdiyimiz layihələr.
Tələbkar müştərilər üçün qurduğumuz şəbəkə, təhlükəsizlik və bulud platformaları.

Hilton Baku
7 ildən çoxdur ki, Hilton Baku-nun bütün qonaqları həm kabellə, həm də Wi-Fi ilə sürətli şəbəkədə işləyir. Oteldəki 500-dən çox şəbəkə kabelini və switch-ləri test etdik, qonaqların ən sıx olduğu yerlərdəki problemləri aradan qaldırdıq, otaqlarda IPTV infrastrukturunu qurduq.
- Yüksək sürətli şəbəkə infrastrukturu
- Bütün oteldə Wi-Fi
- Otaqlarda IPTV sistemi

Hyatt Regency Baku
Server otağı ilə hər mərtəbədəki texniki otaqlar arasında etibarlı əlaqə qurduq və kabel xətlərinin düzgün işlədiyini otelin hər otağında yoxladıq. Bütün kabel sisteminin planını çəkdik və hər kabeli təyinatına görə nişanladıq ki, sonradan nasazlıq tez tapılıb aradan qaldırılsın.
- Yüksək sürətli şəbəkə infrastrukturu
- Bütün oteldə Wi-Fi
- Kabel sisteminin planı və kabellərin nişanlanması

SOCAR Dalğıc
Sıfırdan qurulan layihə: 5 mərtəbəli SOCAR Dalğıc plazanın bütün texnoloji infrastrukturu. Sistemlərin siyahısı qısa görünür, amma arxasında böyük həcmdə planlama, idarəetmə və yoxlama işi dayanır.
- Struktur kabel sistemi
- Şəbəkə arxitekturası
- IP telefoniya
- Serverlərin quraşdırılması
- Videomüşahidə (CCTV)
- Şlaqbaum və turniketlər

Memorial Hospital
Pasiyentlərinin sağlamlığını düşünən və işini düzgün idarə etmək üçün texnologiyaya sərmayə qoyan sahibkar uzağı görən sahibkardır. Biz də bu baxışa dəstək olduq: Bakı və Gəncədəki xəstəxanaların texnoloji sağlamlığının qayğısına qaldıq.
- Struktur kabel sistemi
- Şəbəkə arxitekturası
- IP telefoniya
- Serverlərin quraşdırılması
- Videomüşahidə (CCTV)
- Şlaqbaum və turniketlər

Delta ASM
Delta ASM gəmi, yaxta, barj və digər dəniz qurğularını quraşdırır, təmir edir və onlara texniki xidmət göstərir. Ucuz həllin sonda baha başa gəldiyini bilən müştərimiz üçün onun öz müştərilərinin gözlədiyi keyfiyyətdə texnoloji infrastruktur qurduq.
- Struktur kabel sistemi
- Şəbəkə arxitekturası
- IP telefoniya
- Serverlərin quraşdırılması
- Videomüşahidə (CCTV)
- Şlaqbaum və turniketlər

AAS-Ekol
BP standartı deyiləndə hamı bilir ki, tələblər çoxdur və xırdalığına qədər yazılıb. Azərbaycanda bu standartla işləyən tullantıların idarə olunması şirkəti AAS-Ekol MMC texnoloji infrastrukturunu da eyni səliqə ilə qurmağı bizə etibar etdi. Təhvil zamanı hər şeyin istədikləri kimi olduğunu gördülər.
- Struktur kabel sistemi
- Şəbəkə arxitekturası
- IP telefoniya
- Serverlərin quraşdırılması

Fooderos
Yerli sahibkar xarici yemək çatdırılması şirkətləri ilə eyni bazarda rəqabət aparmaq istəyirdi. Fooderos-un bütün platformasını biz qurduq: sifariş, satıcıların işi və kuryer çatdırılması. Beləcə müştərimiz rəqiblərindən güclü texnoloji baza əldə etdi.
- Sifariş üçün veb sayt
- Sifariş üçün mobil tətbiq
- Satıcılar üçün veb panel
- Satıcılar üçün mobil tətbiq
- Kuryerlər üçün çatdırılma tətbiqi

Hepard
Hepard bir sahibkarın zəngi ilə başladı: ona müştərilərin kuryer ehtiyacını qarşılayan platforma lazım idi. Sahibkarı dinlədik, layihənin planını hazırlayıb razılaşdırdıq və işə başladıq. Nəticə App Store-da və Google Play-dədir.
- Sahibkar üçün veb panel
- Sahibkar üçün mobil tətbiq
- Kuryerlər üçün mobil tətbiq
- Müştərilər üçün landing səhifəsi