Engineering trust.
000%
İT mühəndislik şirkəti · Bakı, Azərbaycan

İT sistemlərinizi qururuq və qoruyuruq. 

Şirkətinizin işi hansı texnologiyadan asılıdırsa, onu layihələndirir, qoruyur və idarə edirik: infrastruktur, bulud, idarə olunan İT, AI və proqram təminatı.

KNEXEL Operations
Stabil

Canlı monitorinq

Bütün sistemlər qoşulub

12 / 12
Cihazlar
18 ms
Cavab müddəti
Aktivdir
Mühafizə
Bulud xidmətləri İşləyir
Məlumat mühafizəsi Qorunur
Biznes sistemləri Yenilənib
10+
İl mühəndislik təcrübəsi
100+
Tamamlanmış layihə
24/7
Monitorinq və dəstək
15 dəq
Kritik insidentə reaksiya (SLA)
2 500+
İdarə etdiyimiz endpoint

Texnologiyalar

İşlədiyimiz platforma və texnologiyalar.

Bütün texnologiyalara baxın
  • Microsoft
  • AWS
  • Fortinet
  • Cisco
  • Veeam
  • Proxmox
  • Cloudflare
  • Ubiquiti
  • Kubernetes
  • Grafana

Necə işləyirik

Qiymətləndirmədən istismara qədər bir proses.

  1. 01

    Qiymətləndirmə

    Mühiti, riskləri, asılılıqları və biznes tələblərini öyrənirik.

  2. 02

    Layihələndirmə

    Arxitekturanı, standartları, işin həcmini və istismar tələblərini müəyyən edirik.

  3. 03

    Quraşdırma

    İşinizi dayandırmamaq üçün sistemi mərhələlərlə, nəzarət altında qurur və köçürürük.

  4. 04

    İstismar

    Mühiti izləyir, dəstəkləyir, qoruyur və davamlı yaxşılaşdırırıq.

Yerli mühəndislər. Qlobal platformalar.

Bakıdayıq. Qlobal platformalarda işləyirik.

KNEXEL Bakıdan qlobal bulud, təhlükəsizlik və rabitə platformalarında sistemlər qurur və idarə edir. İşə cavabdeh mühəndis yanınızdadır, texnologiya isə dünyada sınanmış texnologiyadır.

  • 01Azərbaycanda yerləşən mühəndislər
  • 02Qlobal bulud platformaları
  • 03Beynəlxalq texnologiya vendorları
  • 04Uzaqdan idarəetmə

Problemçıxandadüzəltməkazdır.Sistemieləqururuqki,problemçıxmasın.

Əməkdaşlıq formatları

KNEXEL ilə əməkdaşlığın üç formatı.

Birdəfəlik mühəndislik layihəsi də ola bilər, davamlı idarə olunan xidmət də. Formatı mühitinizə, işin həcminə və üzərimizə götürəcəyimiz məsuliyyətə görə seçirik.

01

Layihə əsaslı iş

Miqrasiya, infrastruktur, kibertəhlükəsizlik, bulud, avtomatlaşdırma və proqram təminatı layihələri.

02

İdarə olunan xidmətlər

Davamlı dəstək, monitorinq, texniki xidmət, təhlükəsizlik və gündəlik İT işləri.

03

Məsləhət və qiymətləndirmə

Arxitektura, kibertəhlükəsizlik, bulud, texnologiya planlaması, vCIO və vCISO xidməti.

Mühəndislə danışın

İkisi də lazımdır? Layihəni təhvil verəndən sonra mühiti davamlı idarəetməyə götürə bilərik.

FAQ

Suallar və cavablar.

Bu, işin həcmindən və sistemlərinizə girişi nə vaxt aldığımızdan asılıdır. Təcili insidentlərə növbədənkənar baxırıq.
Bəli. Azərbaycanın hər yerində işləyirik, xaricdəki şirkətlərə isə uzaqdan xidmət göstəririk.
Bəli. Hər şeyi sənədləşdiririk ki, bir də heç bir podratçıdan asılı qalmayasınız.
Bəli: miqrasiya, şəbəkənin yenidən qurulması, audit. Aylıq müqavilə şərt deyil.
Məlumat ötürülərkən və saxlanarkən şifrələnir, giriş rollara görə verilir, bütün əməliyyatlar audit jurnalına yazılır. NDA imzalamağa hazırıq.
ISO 27001, GDPR və PCI-DSS tələblərinə hazırlıq üçün mühitinizi və sənədlərinizi hazırlayırıq.